Avropa Birliyi Azərbaycanda saytların bloklanmasını pislədi

Avropa Birliyinin sözçüsü Maja Kocijancic Azərbaycan hakimiyyətinin 5 internet saytını bağlamasını pisləyib.
O mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.
Qeyd edək ki, Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.
“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”,təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .
Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.
MƏNBƏAzadlıqRadiosu
Əvvəlki məqaləSabah hava yağmurlu olacaq
Növbəti məqalədəABŞ və kürdlər İŞİD-lə necə “dil tapıblar”?