Amnesty: "Jurnalistlərə, fəallara təzyiqlər bizi son dərəcə hiddətləndirir"

Amnesty: "Jurnalistlərə, fəallara təzyiqlər bizi son dərəcə hiddətləndirir"
31 May 2017
Mətni dəyiş
Mayın 29-da Gürcüstanda "yoxa çıxan" araşdırmaçı jurnalist Əfqan Muxtarlı Azərbaycan sərhədçilərinə təhvil verildiyi deyilən jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb. 
Abzas.net xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı açıqlamasında bildirib ki, Azərbaycan hakimiyyətinin fəalların, jurnalistləri həbsinə davam etməsi, təzyiqləri artırması onları qəzəbləndirir.
"Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir"
''Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə təzyiqlər bizi son dərəcədə hiddətləndirir. Əfqan Muxtarlı qeyd-şərtsiz azadlığa buraxılmalı və işgəncələr araşdırılmalıdır'', - Amnesty International təşkilatının yaydığı bəyanatda deyilir.
Təşkilatın Gürcüstan bürosunun rəhbəri Levan Asatiani jurnalistin həbsini onun fəaliyyəti ilə əlaqələndirir:
"Həbs olunması Əfqan Muxtarlının jurnalist fəaliyyəti ilə bağlıdır, siyasi sifarişdir. Belə görünür ki, bundan Gürcüstan hökumətinin xəbəri olub. Ailəsi də bildirib ki, o, Tbilisi küçələrində izlənilirdi. Gürcüstan tərəfi məsələni nəzarətə götürməli və araşdırmalıdır".
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 29 may axşam saatlarında "yoxa çıxıb". Mayın 30-da jurnalist vəkil Nemət Kərimliyə zəng edib bildirib ki, onu Gürcüstanda qaçırıb, Azərbaycan tərəfinə təhvil veriblər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun