Almaniya və Fransa Aİ-da islahatlara razıdır

Almaniya və Fransa Aİ-da islahatlara razıdır
16 May 2017
Mətni dəyiş
Almaniya rəhbərliyi tələb olunarsa Avropa İttifaqı müqaviləsində dəyişiklik etməyə razılıq verə bilər. Bu bəyanatı Almaniya kansleri Angela Merkel Fransanın yeni prezidenti Emmanuel Macron-la görüşdə verib.
"Mən bununla məşğul olmağa razıyam, amma ilk olaraq biz hansı islahatlar aparmaq istədiyimizi bilməliyik ", - deyə Merkel bildirib.
Merkel Aİ-nın gücünün Fransadan asılı olduğunu da qeyd edib. Almaniya kanslerinin sözlərinə görə, o və Macron Aİ-nı genişləndirməyin vacib olduğuna əmindirlər.
Macron ittifaqı "tarixi yenidənqurmaya" çağırıb. Onun sözlərinə görə, populistliyə qalib gəlməyin yeganə yolu budur.
Macron hələ seçkiqabağı kampaniya zamanı Aİ-da islahatlar aparmağa və Avropa ölkələrini daha sıx inteqrasiyaya çağırmışdı. O, vahid büdcə yaradılmasını, maliyyə naziri vəzifəsinin təyin edilməsini, həmçinin Avropa ölkələrinin ayrıca parlamentinin yaradılmasını təklif edib.
Macron-un təşəbbüslərinə ehtiyatla yanaşan Merkel Almaniyanın hazırkı siyasətini dəyişməyə əsas görmədiyinini qeyd edib. Avropa ölkələrinin vahid büdcəsi isə Yunanıstan kimi ölkələrə yardım edəcək Almaniyanın xərclərinin artması deməkdir.
Emmanuel Macron mayın 7-də Fransada keçirilən prezident seçkilərində qalib gəlib. Fransanın baş naziri isə Qavr şəhərinin meri 46 yaşlı Eduard Philip təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun