Agent baş redaktor MTN-ə hansı informasiyanı satıb?

Agent baş redaktor MTN-ə hansı informasiyanı satıb?
12 May 2017
Mətni dəyiş
Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən əməkdaşlarından, general Elçin Quliyev və Azər Mehdiyevin cinayət işi ilə bağlı ittiham aktında maraqlı detallar var.
İttiham aktından məlum olub ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev agentlərə pul verilməsi adıyla külli miqdarda dövlət vəsaitini mənimsəyib. Agent kimi əməkdaşlığa cəlb edilən şəxslərdən birinin də Azərbaycanda fəaliyyət göstərən qəzet baş redaktorlarından biri olduğu qeyd edilib. İttiham aktından məlum olur ki, həmin baş redaktor agentə MTN-ə ötürdüyü xəbərə görə 10 min manat mükafat verilib.
Lent.az həmin baş redaktorun MTN-ə verdiyi məlumatın təfərrüatını əldə edib.
Məlum olub ki, "TT" ləqəbli agent baş redaktorla münasibətlər 30 yanvar 2014-cü ildə yaradılıb.
Həmin baş redaktor  hazırda “Nardaran işi”nə görə həbsdə olan Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı" adlı qurum yaratmaq istəyi barədə MTN-ə məlumat verib. Bunun müqabilində isə MTN generalı Elçin Quliyev ona 10 min manat birdəfəlik pul mükafatı verilməsi ilə bağlı raport yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun