ABŞ Türkiyəyə səfirlik önündə baş vermiş zorakılığa görə şikayət edib

ABŞ Türkiyəyə səfirlik önündə baş vermiş zorakılığa görə şikayət edib
18 May 2017
Mətni dəyiş
Vaşingtonda etirazçılar və təhlükəsizlik işçiləri arasında yaranan qarşıdurmaya görə ABŞ Türkiyəyə şikayət edib.
Turkiyə Prezidenti Recep Tayyip Erdoğanın ABŞ-a səfəri ərəfəsində Türkiyə səfirliyinin önündə baş vermiş etiraz aksiyasından sonra 2 nəfər saxlanılıb və 11 nəfər xəsarət alıb.
Çərşənbə axşamı baş vermiş hadisədən yayılmış video çəkilişdə kostyumlu kişilərin polis xəttini qaçaraq keçdikdən sonra etirazçılara yumruq və təpiklərlə zərbə endirdikləri görünür.
Polis hadisəni "dinc etirazçılara vəhşi hücum" adlandırıb.
Lakin Türkiyə səfirliyi etirazçıların aqqresiv şəkildə prezidenti qarşılamağa çıxan amerikalı türklər ilə təxribat yaratmağa cəhd edtiklərini və nəticədə onların özlərini müdafiə etmək üçüm cavab verdiklərini deyib.
ABŞ Dövlət Departamenti verdiyi bəyanatda Türkiyənin təhlükəsizlik işçilərinin hücumda iştirak etdiyini bildirib.
Bəyanatda deyilir ki, "azad ifadəyə zor tətbiq etmək heç zaman düzgün deyil" və ABŞ "insanların hər bir yerdə dinc etiraz və ifadə azadlığı hüquqlarını dəstəkləyir".
"Biz öz narahatlığımızı Türkiyə hökumətinə ən ciddi şəkildə çatdırırıq".
Vaşington Metropoliten Polis Şöbəsi hadisə ilə bağlı iki ABŞ rezidentlərini - 49 yaşlı Ayten Necmi və 42 yaşlı Jalal Xeyrəbadinin - saxlandığını deyib.
Onların prezident Erdoğanın təhlükəsizlik komandasının üzvü olub-olmaması aydın deyil.
ABŞ nümayəndələr evinin xarici işlər komitəsinin sədri Ed Royse baş prokuror Jeff Sessions və dövlət katibi Rex Tillerson-a göndərdiyi məktubunda, "bu şəxslər ABŞ-ı tərk etmədən öncə onlara qarşı müvafiq cinayət ittihamlarının tətbiq etmək" üçün əllərindən gələni etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun