ABŞ-la Gürcüstan təhlükəsizlik sazişi imzalayıblar

Birləşmiş Ştatlar bildirir ki, Gürcüstanla təhlükəsizlik razılaşması imzalayıb. Bu razılaşma çərçivəsində iki ölkə kəşfiyyat məlumatlarını paylaşacaq, antiterror işlərini uzlaşdıracaq.
Azadlıq Radiosu-nun məlumatına görə, ABŞ dövlət katibi Rex Tillerson və Gürcüstanın baş naziri Giorgi Kvirikashvili razılaşmanı mayın 9-da Vaşinqtonda görüşdən öncə imzalayıblar.
“Bu saziş Birləşmiş Ştatlarla Gürcüstanın təhlükəsizlik əməkdaşlığında böyük hədəfdir”, – Dövlət Departamenti bəyanatında bildirib.
Hazırda Gürcüstan Rusiyayla ərazi mübahisəsi yaşayır. Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini dəstəkləyir.