ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcısını yollayıb

ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcısını yollayıb
28 May 2017
Mətni dəyiş
ABŞ Şimali Koreyanın mümkün hücumlarından Cənubi Koreyanı müdafiə etmək məqsədi ilə üçüncü aviadaşıyıcı hücum qrupunu bölgəyə göndərib.
Üçüncü hücum qrupuna “Nimits” aviadaşıyıcı gəmi rəhbərlik edir.
“Nimits” aviadaşıyıcı Sakit okeanın qərb hissəsində növbə çəkən “Karl Vinson” və “Ronald Reyqan” aviadaşıyıcı gəmilərə qoşulacaq.
Ölkə nəşrləri ABŞ-ın bir bölgəyə üç aviadaşıyıcı göndərməsinin nadir hal olduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun