ABŞ Konqresində Donald Trump barəsində araşdırma aparılması tələb olunur

ABŞ Konqresində Donald Trump barəsində araşdırma aparılması tələb olunur
17 May 2017
Mətni dəyiş
Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatı Komitəsində və Senatın Hüquq Komitəsində təmsil olunan bütün demokratlar prezident Donald Trump, ədliyyə naziri Jeff Sessions və Ağ Evin bir qrup yüksək vəzifəli məmurları barəsində araşdırma aparılmasını tələb edirlər.  
APA-nın məlumatına görə, hər iki komitə rəhbərlərinin adına göndərilən məktub həmin komitələrin 33 demokrat üzvü  tərəfindən imzalanıb.
“New York Times” nəşrinin ötən gün dərc etdiyi məlumatda bildirir ki, Tramp Federal Təhqiqatlar Bürosunun əks-direktoru James Comey-dən prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini Michael Flynn barəsində istintaqın dayandırılmasını xahiş edib. Ağ Ev bu məlumatı təkzib edib.
Xatırladaq ki, Trump Comey-ni ötən həftə vəzifəsindən azad edib. Prezident qərarını onun səlahiyyətləri yerinə yetirə bilməməsi ilə əlaqələndirib. Comey Trump-ın əleyhinə yönələn "Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trump-ın Rusiya ilə əlaqəli olmasını inkar edir.
Hillary Clinton Comey-ni prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib.
Clintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş oldu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun