Əməliyyat olunan Navalny Rusiyaya qayıdıb

Əməliyyat olunan Navalny Rusiyaya qayıdıb
12 May 2017
Mətni dəyiş
İspaniyada gözündən əməliyyat olunan rusiyalı müxalif siyasətçi Aleksei Navalny mayın 11-də Barselonadan Moskvaya dönüb.
AzadlıqRadiosunun Rusiya xidmətinin məlumatına görə bu barədə o, özünün tvitter səhifəsində yazıb.
Qeyd edək ki, Navalny mayın 7-də Moskvadan Barselonaya uçub və orda sağ gözündən əməliyyat olunub.
Həkimlərin sözlərinə görə, onun görmə qabiliyyəti bir neçə aydan sonra bərpa olunacaq.
Xatırladaq ki, aprelin 27-də naməlim şəxs Navalny-nin üzünə yaşıl antiseptik maye olan "zelyonka" atıb.
Bundan bir neçə gün sonra ona xarici pasport verilib, hansı ki, son 5 il idə bunu ala bilmirdi.
Navalny pasport aldıqdan sonra xaricdə müalicəyə getmək fikrində olduğunu bəyan elədi və Avropaya viza üçün sənədlər təqdim elədi.
Qeyd edək ki, Aleksei Navalny Rusiya prezidenti Vladimir Putin və Rusiya hökumətinin sərt tənqidçilərindən biri hesab olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun