Ziya Məmmədovun müşavirinə qarşı dələduzluqda ittiham edilən şəxs azadlığa buraxılıb

Ziya Məmmədovun müşavirinə qarşı dələduzluqda ittiham edilən şəxs azadlığa buraxılıb
21 Aprel 2017
Mətni dəyiş
Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevə qarşı dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. R. Əhmədovun digər vəkili Ülkər Yusifova da bəraət hökmünün çıxarılmasını tələb edib.
Prosesdə hökm oxunub.
Hakimlər kollegiyasında hökmü ilə R. Əhmədova bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. İttiahama görə ki, R.Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun