Zarafat kimi gerçək: "Səudiyyə Ərəbistanı qadın hüquqlarını müdafiə edəcək"

Zarafat kimi gerçək: "Səudiyyə Ərəbistanı qadın hüquqlarını müdafiə edəcək"
25 Aprel 2017
Mətni dəyiş
Qadın hüquqları mövzusunda dünyanın ən geri qalmış ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadın Statusu üzrə Komissiyasına seçilib.
Abzas.net xəbər verir ki, qərar insan hüquqları təşkilatlarının sərt etirazına səbəb olub.
Səudiyyə Ərəbistanı 45 üzvü olan komissiyada 2018-2022-ci illər arasında vəzifə sahibi olacaq. Gizli səsvermədə ən az beş Avropa Birliyi ölkəsinin də Səudiyyə Ərəbistanı lehinə səs verdiyi bildirilir.
Komissiyanın məqsədi qadın hüquqlarını inkişaf etdirmək, qadınların həyatlarına dair dünya miqyasında həqiqətin sənədləşdirilməsi və qadın bərabərliyi ilə qadınların gücləndirilməsinə dair qlobal standartları formalaşdırmaq olaraq müəyyən edilib. Ancaq bu cür komissiyaya Səudiyyə Ərəbistanının seçilməsi insan hüquqları təşkilatlarını ayağa qaldırıb.
UN Watch beynəlxalq insan haqları təşkilatı qadınların kişi bir qohumları olmadan təhsil və ya evlilik kimi mövzularda qərar verə bilmədiyi, avtomobil idarə olunmasının qadağan olunduğu, başları açıq gəzmələrinə icazə verilmədiyi ölkənin BMT Qadının Statusu üzrə Komissiyaya seçilməsini "Bu bir zarafat deyil" deyərək tənqid edib.
"Səudiyyə Ərəbistanını qadın hüquqlarının qorunması üçün seçmək, yanğın törədən şəxsi yanğınsöndürənlərin rəhbəri olaraq seçmək kimidir", - deyə təşkilatın direktoru Hillel Neuer bildirib.
Səudiyyə Ərəbistanı sonuncu dəfə, keçən ay təsis edilən Qadınlar Şurasının təqdimatında yalnız kişilərin iştirak etməsi səbəbiylə mübahisə yaratmışdı. Təşkilatçılar şuranın təqdimatında qadınların da iştirak etdiyini, ancaq ayrı otaqda oturmaq məcburiyyətində olduqları "şərhi"-ni vermişdi.
Son hesabatlara görə, Səudiyyə Ərəbistanı gender bərabərliyi sıralamasında 145 ölkə arasında 134-cü sırada qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun