Yeni qanunla uşaqlar zərərli reklamlardan qorunacaq

Yeni qanunla uşaqlar zərərli reklamlardan qorunacaq
21 Aprel 2017
Mətni dəyiş
Prezident Administrasiyası parlamentə “Uşaq hüquqları haqqında” qanuna düzəlişlər layihəsi təqdim edib. Düzəlişlər uşaqların zərərli reklamdan qorunmasına yönəlib.
Bu gün, aprelin 21-i parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında həmin düzəlişlərə baxılıb.
"Azadlıq Radiosu" xəbər verir ki, parlament komitəsinin rəhbəri Aqiyə Naxçıvanlının deməsinə görə, düzəlişlər uşaqların sağlamlığının qorunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Əsasən düzəlişlər uşaq verilişlərinin reklama ayrılmasını qadağan edir.
Həmçinin dərsliklərdə, təhsil materiallarında, məktəb gündəliklərində, dəftər, albom və uşaq kitablarında reklamdan istifadəyə qadağa nəzərdə tutulub.
Habelə, məktəbəqədər və ümumtəhsil müəssisələrində uşaqların tərbiyəsinə, sağlamlığına zərər vura biləcək reklamların yerləşdirilməsinə yol verilmir.
Qanun layihəsi parlament iclasına tövsiyə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun