Türkiyədə “Wikipedia”ya giriş əngəllənib

Türkiyədə “Wikipedia”ya giriş əngəllənib
29 Aprel 2017
Mətni dəyiş
Dünyanın ən böyük internet ensiklopediyası “Wikipedia”ya Türkiyədən giriş əngəllənib.  Girişə qadağanın səbəbləri rəsmi şəkildə açıqlanmır.
İstifadəçilər  bildirir ki, Türkiyədə səhər 8.00-dan “Wikipedia”nın bütün dillərdəki versiyalarına girmək mümkün deyil. Problemlə bağlı E-Dövlət portalına verilən sorğuya  “soruşduğunuz web ünvanına an etibarı ilə məhkəmə qərarı ilə qoyulmuş bir giriş qadağası yoxdur” deyilir.
Amma bənzər problemlərə cavab verən BTK-nın “Site Bilgileri Sorğu Səhifəsi”ndən gələn cavabda isə  sayta məhkəmə qərarı olmadan “inzibati tədbir” tətbiq olunduğunu ortaya qoyan bu şərh çıxıb:
“5651 saylı Qanuna uyğun olaraq, edilən texniki araşdırma və hüquqi qiymətləndirmə nəticəsində bu İnternet saytı (wikipedia.org) haqqındakı İnformasiya Texnologiyaları və Rabitə Təşkilatının 29/04/2017 tarix və 490.05.01.2017.-182198 saylı qərarına əsasən İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı tərəfindən inzibati tədbir tətbiq olunmaqdadır.”
Sosial mediada böyük əks-səda yaradan bloklama qərarının səbəbi müzakirə edilir. İnzibati tədbir tətbiq olunduğunu ifadə edən BTK mesajında hər hansı bir səbəb göstərmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun