Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılıb
18 Aprel 2017
Mətni dəyiş
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzadıb və qərarın təsdiqlənməsi ilə bağlı sorğu parlamentə göndərilib.
"Report" xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
"Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı tövsiyəsi var. Biz bu qərarı qəbul etdik. Çərşənbə günü o, təsdiq edilməsi üçün parlamentə daxil olacaq", - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.
Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. O, daha sonradan üç ay müddətinə uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun