Türkiyə: İqtidar qələbəyə sevinir, müxalifət nəticələrin ləğvini tələb edir

Türkiyə: İqtidar qələbəyə sevinir, müxalifət nəticələrin ləğvini tələb edir
17 Aprel 2017
Mətni dəyiş
Referendumun nəticələri "etibarlıdır", Türkiyənin seçki komissiyasının rəhbəri bildirib.
Türkiyənin əsas müxalifət partiyası bundan əvvəl prezident səlahiyyətlərinin genişləndirilməsinə mümkün etmiş referendumun nəticələrini sorğulayacağını bildirib.
Cümhuriyyət Xalq Partiyası (CHP) səsvermə prosesində qanunsuzluqları misal çəkərək qapalı nəticələrin legitimliyinə şübhəli yanaşır.
Sadi Güven bazar ertəsi bildirib ki, möhürsüz bülletenlər Yüksək Seçki Komissiyası tərəfindən buraxılıb və etibarlıdır.
O əlavə edib ki, əvvəlki seçkilərdə də belə təcrübə yaşanıb.
Hesablanan bülletenlərin 99.97 faizinə görə, "Bəli" kampaniyası 51.41, "Yox" isə 48.59 faiz qazanıb və seçki komissiyası bunu "Bəli" üçün qələbə adlandırıb.
Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanı 2029-ci ilə qədər vəzifəsində saxlaya bilər. Erdoğan tərəfdarları bildirirlər ki, parlament sisteminin icraçı prezidentlik sistemi ilə əvəzlənməsi ölkəni müasirləşdirəcək.
Qalibiyyət Türkiyədə bayram və etirazlarla müşahidə edilib. Sevincli Erdoğan tərəfdarları böyük şəhərlərdə nümayişlər keçiriblər, İstanbulda referendumun əleyhdarları isə ənənəvi etiraz kimi qazan və tavaları bir-birinə vuraraq etiraz bildiriblər.
Beynəlxalq müşahidəçilərin ilkin rəyi
Bazar ertəsi günü ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) ilkin seçki müşahidə hesabatının nəticələri mətbuat konfransında açıqlanıb.
DTİHB nümayəndə heyətinin rəhbəri Tana de Zulueta tamamilə demokratik referendumun keçirilməsi üçün Türkiyədə mövcud olan hüquqi bazanın adekvat olmadığını bildirib.
Mediada hər iki kampaniyanın bərarbər təmsil edilməməsindən şikayətlənən müşahidə qrupu rəhbəri "Yox" kampaniyasına mediada üstünlük verildiyini vurğulayıb.
O, həmçinin referendumda təklif edilən 18 dəyişikliyin seçicilərə ayrıca təqdim edilməməsini beynəlxalq aləmdə müsbət təcrübəyə uyğun olmadığını deyib.
Ölkədə fövqəladə halın tətbiq edilməsi ilə Türkiyənin ATƏT öhdəliklərini pozduğunu deyən xanım de Zulueta YSK-da qeyri-şəffaf şəkildə qərarların verilməsini tənqid edib.
O, səsvermə keçirilən dövrdə YSK-nin möhürsüz bülletenlərin qəbul ediləcəyini elan etməsilə seçkiqabağı qaydaya gözlənilməz dəyişiklik etməsini "mühüm bir ehtiyat tədbiri" adlandırıb və qanuna zidd olduğunu deyib.
Öhdəliklər və beynəlxalq standardlara tam əməl edildiyi halda nəticələrin fərqli olması ehtimalı barədə suala cavabında, xanım de Zulueta, bunun müşahidə missiyasının mandatında olmadığını, bu cür "qiymətləndirmənin məhkəmələr və tarixdən asılı" olduğunu deyib.
Dərindən qütbləşmiş Türkiyə - BBC-nin Ankaradakı müxbiri Mark Lowen
Bölücü seçki kampaniyası mübahisəli nəticə ilə bitib. Prezident Erdoğan kiçik fərqlə qazandığı qələbəni elan edərək hər kəsi nəticəyə hörmət etməyə çağırıb.
Lakin müxalifət səsvermədə qanunsuzluqlar barədə şikayətlənərək hələ ki güzəştə getməyib. Bu isə prezidentin siyasi hakimiyyəti öz ətrafında toplamaq üçün mandatın legitimliyini şübhə altına qoyub.
Beynəlxalq seçki müşahidəçiləri öz rəylərini bu gün verəcək. Bu müxalifəti ya ruhlandıra, yada ki, zəiflədə bilər və Türkiyənin Qərb müttəfiqlərinin seçkiyə göstərəcəkləri reaksiyaya təsir göstərəcək.
Cənab Erdoğan referendumun onun karyerasının ən mühüm anı olacağına ümid edirdi. Lakin nəticə Türkiyəni dərindən qütbləşdirib və ölkəni Orta Şərqin xroniki qeyri-sabit hissəsinə çevirə bilər.
Müxalifət nə deyir?
CHP sədr müavini Bülent Tezcan referendumda açıq sayma qaydasının pozulduğunu deyib. Yüksək Seçki Qurumundan (Yüksek Seçki Kurulu) referendumun nəticələrini ləğv etməsini istəyən Tezcan bunun üçün lazım olsa əvvəla Ali Məhkəmə, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcəklərini bildirib.
CHP-nin qərargahında mətbuat konfransı keçirən Bülent Tezcan referendumun nəticəsini "cəmiyyət tək adamın rejiminə "Xeyr" deyib" kimi qiymətləndirib.
O, Türkiyədə gərginliyi yalnız referendumun nəticəsini etibarsız saymaqla aradan qaldırmağın mümkün olduğunu deyib.
Bületenlərin sayılmasında ictimai müşahidəyə imkan verilmədiyi üçün şikayətlənən siyasətçi, "19 ayrı şikayətlər" olduğunu deyərək, YSK-ın "referendumun iqtidarın nəzarəti altında keçirilməsinin bir üsülu olduğunu" iddia edib.
O, həmçinin YSK-in möhürsüz bülletenləri qəbul etməsini tənqid edərək, bu qayda dəyişikliyinin səsvermədən sonra tətbiq edilməsini "seçkinin legitimliyinə kölgə salan hərəkət" kimi qiymətləndirib.
Türkiyənin üç iri şəhəri- İstanbul, Ankara və İzmir "Yox"a səs verib.
Ölkənin cənub-şərqindəki Diyarbəkir vilayətində seçki məntəqəsinin yaxınlığında üç nəfər necə səs verməyə dair mübahisə zamanı güllələnib.
Avropa Komissiyası bəyanatında Türkiyə hakimiyyətini konstitusiya islahatlarının həyata keçirilməsi zamanı "ən geniş mümkün milli konsensus axtarmağa" çağırıb.
ATƏT-in müşahidə missiyası: Referendum Avropa Şurası standartlarına uyğun olmayıb
Referandumdan əvvəl Türkiyəyə gələrək səsvermə günündən əvvəlki təbliğat kampaniyalarını və səsvermə gününü müşahidə edən ATƏT ilkin hesabatını açıqlayıb. Geniş hesabat isə bir müddət sonra açıqlanacağı deyilib.
Təşkilat bildirib ki, ümumi olaraq referendum Avropa standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivədə demokratik prosesin keçməsi üçün şərtlər mövcud deyildi.
Hesabatda açıqlanıb ki, referenduma çıxarılan təkliflərin tərəfdarları, başda prezident Erdoğan olmaqla AKP-lilər referenduma "yox" deyənlərin terrorist, vətən xainləriylə eyni səviyyədə göstərilmələrinə qədər hər cür amil ATƏT-in hesabatında yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun