Türkiyə diktatorluğa doğru irəliləyir - Economist [Analiz]

Türkiyə diktatorluğa doğru irəliləyir - Economist [Analiz]
15 Aprel 2017
Mətni dəyiş
Rəcəb Tayyip Ərdoğan illiklərdir ən sərt qaydaları yerinə yetirir
Qərb Türkiyədən imtina etməməlidir
Türkiyə tək özü deyil, həm də dünyanın istiqamətini müəyyən edən güclərin bir parçası kimi önəmlidir. Tükiyə yüz illər boyu mövcud olmuş böyük bir imperiyanın yerindədir. Müharibə şəraitindəki Suriyanın qonşusu olaraq, mümkün baş verə biləcək təhlükənin öhdəsindən gəlməlidir. Türkiyə demokratiyanın siyasi İslam ilə uzlaşmasının sınaq yeridir. Qərb liberalizmi və Rusiyaya bənzədilən avtoritar milliyətçilik arasında balans da saxlanılmalıdır. Son illərdə Rəcəb Tayyip Ərdoğan rəhbərliyi ilə Türkiyə geri gedib. Bu həftə sonu isə məsələ konkretləşə bilər.
16 apreldə türklər parlament sistemini prezident sisteminə dəyişmək üçün referenduma gedəcəklər. “Hə” olacağı gözlənilir, amma tam dəqiq deyil. Güclü bir prezidentin olmasında bir problem yoxdur, lakin Türkiyənin konstitusiyası tam dəyişir. Nəticənin “hə” olması Ərdoğanı seçilmiş bir diktator edə bilər, “yox” isə onun səlahiyyətlərini sərhədləyəcək.
Avtoritar biri
2003-cü ildə Ərdoğan hakimiyyətə gəldikdən sonra partiyası ilə birlikdə yaxşı işlər görə bildi. IMF-nin (Beynəlxalq Valyuta Fondu) təlimatı ilə inflyasiyanın öhdəsindən gələrək, iqtisadi böyümə əldə etdi. Avropa Birliyinin təşviqi ilə “dərin dövlət” təhlükəsini ələ aldı, vətəndaş azadlıqlarını artırdı və Kürdlərlə sülh məsələsini danışmağa başladı. Və on illərdir iqtidarlar tərəfindən bloklanan işçi sinifi mühazfizəkarların da sözünü dedi.
Lakin bu gün Türkiyə problemlərin içindədir. Suriya müharibəsinin kölgəsində cihadçılar və kürdlər dövlətə qarşı çıxırlar. Ordu keçən yay Amerikada yaşayan vaiz Fətullah Gülən (orduda, dövlət idarəetməsində, məhkəmə sistemində on minlərlə adamı olan biri) tərəfindən çevrilişə cəhd etdi. Bir vaxtlar çox güclü olan iqtisadiyyat indi çox zəif irəlilləyir, turizm isə çox pis idarə olunur və bu sahədə çöküş var.
Ərdoğan isə siyasi stabilliyi qorumaq üçün yeni konstitusiyaya ehtiyac duyduğunu iddia edir. O deyir ki, yalnız güclü bir prezident düşmənlərin öhdəsindən gələ bilər. Təbii ki, özünü nəzərdə tutur.
Yeni konstitusiya isə Macarıstan preizdenti Viktor Orban və Rusiya prezidenti Vladimir Putinə bənzədilən Ərdoğan üçün milliyətçilərin “liberal demokratiyası” halını alır. Bu vəziyyətdə isə seçkinin qalibləri hər şeyi ələ keçirir, məhdudiyyətlər güclü hökümətin qurulmasına mane olur, iqtidardakı partiya isə məhkəmə və medianı tam nəzarətdə saxlaya bilir.
Bu tipli stabillik sabun köpüyüdür. Ən uğurlu demokratik sistemlər hakimiyyətdəki güclərə məhdudiyyətlər qoymuşdur. Amerika konstitusiyası prezidentlərin hökmdarlar kimi  davranmağının qarşısını alır. Hətta yazılı bir kosntitusiyası olmayan İngiltərə baş naziri də medianın təzyiqləri və parlamentdəki həftəlik hesabatla məhkəmə qarşısına da çıxarılır.
Türkiyə “seçkini qazanan bütün hakimiyyəti götürür” sisteminə uyğun deyil. Türkiyə sekulyarlar, dindar və milliyətçi vətəndaşlar, türklər, kürdlər, ələvilər və biraz da rumlar, ermənilər, yəhudilər arasında bölünmüş vəziyyətdədir. Dindar kəsimin diktəsi ilə Türkiyədə hamını qapatmağa çalışsalar, Türkiyə güclü ola bilməz. Lakin siyasi cəhətdən əks olanların çoxunun əsas arqumenti elə Ərdoğanın özüdür. O, uğursuz çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə vəziyyətdən sui-istifadə edir.
Dövlət vətəndaşını xüsusi ilə siyasi təhlükələr zamanı qorumalıdır. Lakin Ərdoğan əksini edir, çevriliş cəhdindən sonra təxminən 50 min adam həbs edilib, 100 min adam isə işdən çıxardılıb. Ərdoğanın təhdid olaraq gördüyü hamı təhlükədədir: Gülənçi bir məktəbdə oxuyan və ya Gülənçi bir bankda işləyən biri; Kürt məsələsindəki yumşalmanı uyğun görməyən akademiklər, jurnalistlər və siyasətçilər; Ərdoğanı sosial şəbəkədə trollayan gənclər də daxil hamı. 16 apreldə nəticədən asılı olmayaraq Ərdoğan fövqəladə vəziyyətdən sui-istifadəyə davam edəcək.
Ərdoğan referendum kampaniyası dövründə nazirlərinə məhdudiyyət qoyan Almaniya və Hollandiya rəhbərlərinə “faşist” deyə müraciət edirdi. Qərb isə Türkiyənin təcrübəsindən nəticə çıxararaq İslamın və demokratiyanın uzlaşmayacağını iddia edəcəkdir. Lakin “İslam və demokratiya” anlayışından vaz keçmək Türkiyədən vaz keçmək deməkdir.
Problem siyasi İslam ilə əlaqəli deyil, bir çox AKP üzvləri də yeni konstitusiya ilə bağlı narahatdır. Bu Ərdoğan və ətrafındakılar ilə bağlıdır. Dindar biri olsa da, müasir düşüncəli dindardan çox qədim düşüncəli avtoritar kimi görünür. AK partiya kimi dindar bir partiya Türkiyə siyasətinə lazımdır. Bir gün Ərdoğan avtoritar instinktlərini də götürərək siyasi səhnəni tərk edəcək.
Onu yaxın tutmaq lazımdır
Bütün bu səbəblərə  görə  Türkiyə dünyadan təcrid olunmamalıdır, bir az səbrli olmaq lazımdır. Çünki bir baxımdan bu həm də dünyanın öz maraqlarıdır. NATO üzvü olan ölkə kimi və regionda güc olaraq Türkiyənin əhəmiyyəti böyükdür. Suriyada ola biləcək sülh üçün Türkiyənin olması vacibdir. Eyni zamanda Türkiyə qaçqınların Avropa Birliyinə keçməsi üçün kanaldır. Qaçqınlar bir tərəfdən axışmağa davam edir, nəticədə Avropa Birliyi Türkiyə ilə danışıqlara davam edəcək.
Yaxşı münasibət Türkiyə üçün də vacibdir - Avropa Birliyi ən böyük ticarət ortağıdır. NATO üzvü olması ordudakı yeni nəsil hərbiçiləri idarə etməyə yarayır. Türkiyənin Avropa Birliyinə qatılmaması təqdirdə itirən Avropa Birliyi olacaq.
Türkiyə 16 apreldən sonra da kilid ölkə olmaq statusunu qoruyacaq. Əgər Ərdoğan uduzarsa, Türkiyə çətin bir müttəfiq olacaq, yox qazanarsa ölkəni seçilmiş diktator kimi idarə edə bilər.
Tərcümə: Dadaş
Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun