Trump: "Liviyada oynaya biləcəyimiz bir rol yoxdur"

Trump: "Liviyada oynaya biləcəyimiz bir rol yoxdur"
22 Aprel 2017
Mətni dəyiş
2011-ci ildə baş verən NATO müdaxiləsindən və Muammer Qəddafinin öldürülməsindən sonra çox sayda bir-birinə düşmən bölgəyə ayrılan Liviya haqqında ABŞ-dan vacib açıqlama gəlib.
WSJ-də yer alan xəbərə görə, ABŞ prezidenti Donald Trump, "Liviyada oynayacağımız bir rol yoxdur" deyərək, ABŞ-ın "İŞİD-dən xilas olmaq" kimi başqa rollarının olduğunu qeyd edib.
Trump ilə birlikdə mətbuat konfransı təşkil edən İtaliya Baş naziri Paolo Gentiloni də, Liviyanı sabitliyə qovuşdurmaq üçün ölkənin bölünməsinin qarşısını almaq çağırışı edib.
Qeyd edək ki, Liviyada Rusiya, Misir və Birləşmiş Ərəb Əmirlikləri, daha əvvəllər "CIA-in adamı" olaraq bilinən Liviya Milli Ordusu lideri General Xəlifə Haftar-ı dəstəkləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun