Suriyada "qaz hücumu"na görə BMT iclası çağrılır

Suriyada "qaz hücumu"na görə BMT iclası çağrılır
5 Aprel 2017
Mətni dəyiş
Suriyada onlarla dinc sakinin həlak olmasına və yaralanmasına səbəb olmuş şübhəli kimyəvi hücumdan sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağrılıb.
Üsyançıların olduğu ərazilərə hücum qəzəbli beynəlxalq reaksiya yaradıb, ABŞ və digər dövlətlər ölümlərə görə Suriya hökumətini ittiham edir.
Dəməşq rəsmiləri hər hansı silahdan istifadə etdiyini təkzib edir.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Qrupu hücum nəticəsində azı 58 nəfərin öldüyünü deyib, onlardan 11 nəfəri uşaqdır.
Müzakirələr Brüsseldə 70 donor ölkənin Suriyaya yardım səyləri barədə danışıqları ilə eyni zamanda keçiriləcək.
BMT üzvləri dinc suriyalılara humanitar çıxışı gücləndirmək istəyirlər.
Suriya vətəndaş müharibəsi hələ də heç bir siyasi həlli olmadan altı ildən çoxdur ki, davam edir.
Təxminən beş milyon suriyalı ölkədən qaçıb və altı milyondan çoxu isə məcburi köçkündür, BMT deyir.
Döyüşlərdə 250,000 mindən artıq adam həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun