Surələrlə Coğrafiya? - Elmir Mirzoyev

Surələrlə Coğrafiya? - Elmir Mirzoyev
4 Aprel 2017
Mətni dəyiş
Elmir Mirzoyev
Təhsil Nazirliyinin saytında "Quran"dan surələrin yer aldığı 10-cu sinif üçün coğrafiya dərsliyi vəsaiti layihəsi yerləşdirilib.
Dərslik vəsaitinin layihəsi Təhsil Nazirliyinin saytında ictimai müzakirəyə təqdim olunub. Dərs vəsaitini "Bakı" nəşriyyatı hazırlayıb. Bu haqda məlumatı "facebook" sosial şəbəkəsində publisist Yalçın İslamzadə status yazaraq bildirib. Publisist qeyd edib ki, "Coğrafiya dərs vəsaiti lahiyəsində 3-cü fəsildən etibarən elmi məlumatlarla yanaşı "Quran"dan ayələr də yer alıb! [...]
Təhsil strateji əhəmiyyət daşıyır, düşünürəm ki, elmin əksinə gedən bu dərslik təsdiq olunmamalıdır".
Bu dərs vəsaitində ayrı-ayrılıqda Əz-Zəriyət surəsinin 47-ci ayəsindən də hissələr verilib: "Biz göyü böyük bir qüdrətli bina etdik və şübhəsiz ki, Biz (onu) genişləndirməkdəyik" və Hud surəsindən 7-ci ayə də verilib: "Göyləri və yeri yaradan Odur.
Yalçın İslamzadənin "facebook"da paylaşımına keçid:
Daha sonra publisist bu dərsliyin 123-cü səhifəsindən növbəti bir sitat gətirir. Bu sitatda 21-ci surənin 30-cu ayəsindən istifadə olunub: "Məgər Göylə Yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?
Şəkil 1
[caption id="attachment_30291" align="alignnone" width="960"] Şəkil 1[/caption]
Bəhs etdiyimiz dərsliyin 18-ci səhifəsində şagirdlərə ev tapşırığı verilib. Dini və elmi fərziyyələrə aid iki fərqli və oxşar cəhət yazmaq lazımdır. Həmçinin şagirdlərə təkidlə göstərilən surədən olan ayələri yadda saxlamaq tapşırılıb.
Şəkil 2
[caption id="attachment_30290" align="alignnone" width="960"] Şəkil 2[/caption]
Bu dərsliyi müzakirə edənlər həmçinin belə halların Təhsil Nazirliyinin nəşr etdiyi başqa kitablarda da olduğunu qeyd edirlər. Məsələn, 10-cu sinif tarix dərsliyində Əraf surəsindən bir ayə var.
Şəkil 3
[caption id="attachment_30289" align="alignnone" width="960"] Şəkil 3[/caption]
"Facebook" sosial şəbəkəsində aparılan fəal müzakirələr nəticəsində üzvlər tərəfindən "Bakı" nəşriyyatının direktoru Zaur İsayevin adına ünvanlanmış bir petisiya yaradıldı.
Bu gün Zaur İsayev petisiyaya cavab verərək bu məsələni müzakirə edənlərə minnətdarlığını bildirdi və tez bir zamanda nəşriyyatı dərs vəsaitinin yeni layihəsini hazırlayacaqlarına söz verdi.
Ruscadan tərcümə: Asya
Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun