Şimali Koreya "həftəlik raket sınaqları keçirəcək"

Şimali Koreya "həftəlik raket sınaqları keçirəcək"
18 Aprel 2017
Mətni dəyiş
Beynəlxalq tənqidlər və ABŞ-la artan hərbi gərginliyə rəğmən, Şimali Koreya raket sınaqlarına davam edəcək, yüksək rütbəli rəsmi BBC-ə ölkənin paytaxtı Pxenyanda deyib.
"Biz həftəlik, aylıq və illik olaraq daha çox raket sınaqları keçirəcəyik", xarici işlər nazirinin müavini Han Song-ryol, BBC müxbiri John Sudworth-a deyib.
O, deyib ki, ABŞ-ın hərbi əməliyyat keçirməsi "tam müharibə" ilə nəticələnəcək.
Bundan əvvəl, ABŞ vitse-prezidenti Mike Pence Şimali Koreyaya ABŞ-ın "səbirini aşırmamaq" üçün xəbərdlıq edib.
O, ABŞ-ın Şimali Koreya ilə "strateji səbir dövrünün" sona çatdığını bəyan edib. Cənab Pence Cənubi Koreyanın paytaxtı Seula bazar günü, Şimali Koreyanın uğursuz raket sınağından bir neçə saat sonra gəlib.
Çərşənbə axşamı günü Yaponiyaya səfəri zaman, o, Şimali Koreya rejimini region üçün "ən məşum təhlükə" adlandırıb.
O, ABŞ və müttəfiqlərinin Şimali Koreyaya iqtisadi təyziqlərini davam edəcəklərini təkrarlasa da, Pxenyanla əlaqələrdə bütün variantların nəzərdən keçirildiyini vurğulayıb.
Son zamanlar ABŞ və Şimali Koreyanın qızğın ritorikası regionda gərginliyi artırıb.
Cənab Han BBC-ə deyib: "Əgər ABŞ bizə qarşı hərbi hücum planlaşdırırsa, biz öz metod və yolumuzla önləyici nüvə zərbəsi ilə reaksiya verəcəyik."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun