Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gedib

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gedib
21 Aprel 2017
Mətni dəyiş
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstana səfərə gedib.
Report  xəbər verir ki, Ş.Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Allahşükür Paşazadəni Katoliks Patriarxın nümayəndələri qarşılayıblar.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya, habelə dövlət rəsmiləri - Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, ölkənin baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüşəcək.
Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun