Sankt-Peterburqda yaşayış binasında bomba zərərsizləşdirilib

Sankt-Peterburqda yaşayış binasında bomba zərərsizləşdirilib
6 Aprel 2017
Mətni dəyiş
Rusiyanın Sankt Peterburq şəhərində yaşayış binasında aşkar edilmiş partlayıcı qurğu zərərsizləşirilib, şəhərin Nevskiy rayonun rəhbəri Konstantin Serov bildirib.
Hadisə ilə bağlı bir neçə şübhəli saxlanılıb.
"Partayıcı qurğu tapılıb, o zərərsiz hala gətirilib", - TASS agentliyi Serovun sözlərini iqtibas edir.
"Sakinlərin evlərə qayıtmasına dair göstəriş verilib".
Bundan əvvəl Tovarişeskiy prospektindəki evdə şübhəli əşyanın aşkar olunması ilə bağlı sakinlərin təxliyə edildiyi barədə məlumat yayılmışdı.
"Fontanka" nəşri axtarışlardan sonra bir neçə şəxsin saxlanıldığını xəbər verir.
Bazar ertəsi Sankt Peterburq metropoliteninin Sennaya və Texnologiçeskiy institut stansiyaları arasında hərəkət edən vaqonda baş vermiş partlayış 11 nəfərin ölümünə səbəb olub.
Daha 3 nəfər aldığı xəsarətlərdən xəstəxanada həlak olub.
Partlayışda 50 nəfərin yaralandığı bildirilir.
Bundan sonra şəhərin başqa bir metro stansiyasında əldə düzəldilmiş daha bir partlayıcı qurğu tapılıb.
Rusiyanın İstintaq Komitəsi insidentlə bağlı "terror aktı" maddəsilə cinayət işi açıb, araşdırma aparır.
Şəhərdə 3 günlük matəm davam edir.
Rəsmi məlumata görə hücumu 1995-ci il təvəllüdlü Akbarjon Cəlilov törədib.
Partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun