Səhiyyə Nazirliyi uçqun nəticəsində xəsarət alanlarla bağlı açıqlama verib

Səhiyyə Nazirliyi uçqun nəticəsində xəsarət alanlarla bağlı açıqlama verib
12 Aprel 2017
Mətni dəyiş
Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yaralıların üçü də kişidir: “Onlardan ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə, digəri isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralılardan ikisinə müştərək travma, birinə isə ətrafın travması diaqnozu qoyulub”.
Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun