Rusiya XİN-dən Türkiyə açıqlaması: "Narahatlıq duyuruq"

Rusiya XİN-dən Türkiyə açıqlaması: "Narahatlıq duyuruq"
28 Aprel 2017
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharova, Türkiyə ordusunun İraqın Şengal (Sincar) və Suriyanın şimal-şərqindəki Karaçok Dağı bölgələrinə təşkil etdiyi hava hərəkatı ilə bağlı olaraq, "Moskva, Türkiyənin kürd qüvvələrinə hücum etməsindən narahatlıq duyur", - deyə bildirib.
Abzas.net xəbər verir ki, Zaharova təşkil edilən mətbuat konfransında etdiyi çıxışda, "25 apreldə türk təyyarələrinin Suriyanın şimal-şərqində və İraqın şimalında kürdlərin müdafiə birliklərinə atəş açdığı öyrənilib. Xatırlatmaq lazım olsa, kürd birlikləri Suriyanın şimal-şərqində İŞİD-ə qarşı döyüşən ən güclü birliklərdir. Ankara-nın hərəkətlərinə bağlı xəbərləri narahatlıqla izlədik. Amerikanın beynəlxalq hüquqları tapdalayaraq, hərbi bazaya etdiyi hücum olmasaydı, Türkiyənin də bu hərəkətlərinin olmayacağını düşünmək üçün səbəbimiz var" deyə qeyd edib.
Zaharova, Moskvanın bütün regional və beynəlxalq partnyorlarına Suriya, İraq və digər dövlətlərin suverenliyinə hörmət edilməsinə dair çağırış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun