Rusiya neft istehsalını salmağa davam edir

Rusiya neft istehsalını salmağa davam edir
2 Aprel 2017
Mətni dəyiş
Rusiyada gündəlik neft istehsalının mart ayında 2016-cı ilin oktyabrı ilə müqayisədə gündəlik 202 min barel azalaraq, 11 milyon 46 min  barelə düşəcəyi bildirilib.
Rusiya Enerji Nazirliyinin məlumatına görə, bu azalma OPEC-lə razılaşmanın nəticəsidir. Ötən ilin noyabr ayında həyata keçirilən OPEC toplantısında üzv ölkələrin neft istehsallarını günlük 1,2 milyon barel azaldaraq, 32,5 milyon barelə salması qərara alınmışdı.
Rusiya enerji naziri Aleksandr Novak da OPEC-in  razılaşması tətbiq olunacağı halda, Rusiyanın  gündəlik 11,2 milyon barel olan neft istehsalını 300 min barel azaldacağını bildirmişdi. Dünyanın ən böyük neft istehsalçılarından olan Rusiyanın neft və təbii qaz ixracatı gəlirləri keçən il  əvvəlki ilə görə 17,7% azalaraq 73,6 milyard dollara  düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun