Rusiya Danimarka Müdafiə Nazirliyinin emaillərini sındırıb?

Rusiya Danimarka Müdafiə Nazirliyinin emaillərini sındırıb?
25 Aprel 2017
Mətni dəyiş
Danimarkanın müdafiə naziri rusiyalı hakerlərin nazirliyin e-mail hesablarına müdaxilə ilə bağlı hesabatına Moskvanın "aqresiv" davaranışını tənqid edib.
"Biz olduqca aqressiv Rusiyanı görürük. Rusiya bu sahədə müharibə aparmaqda davam edir" - Danimarkanın müdafiə naziri Claus Hjort Frederiksen yerli mediaya belə deyib.
"E-MAİLLƏRDƏ HƏRBİ SİRR OLMAYIB"
Azadlıq Radiosu-nun məlumatına görə, Danimarkanın Kiber Təhlükəsizlik Mərkəzinin aprelin 23-də yaydığı hesabatda deyilir ki, Kreml hakerləri 2015-ci ildə və ötən il müdafiə nazirliyinin əməkdaşlarının email-lərini sındırıb.
"E-maillərdə hər hansı hərbi sirr olmayıb, amma bu ciddi məsələdir" - Frederiksen bildirib. O əlavə edib ki, hakerlərin "kəşfiyyat xidmətləri və ya Rusiya hökumətinə" bağlılığı olub.
"HÜCUMU APT28 - HAKER QRUPU TƏŞKİL EDİB"
Hesabatda deyilir ki, hücumu APT28 (Pawn Storm, Sofacy and Fancy Bear) haker qrupu təşkil edilib. Bu qrup Rusiya hökuməti və təhlükəsizlik xidmətinə bağlıdır.
Qərb mediası yazır ki, Rusiya rəsmilərindən Danimarkanın iddiasına münasibət öyrənmək mümkün olmayıb.
Bəzi Qərb dövlətləri, eləcə də ABŞ, Fransa, Britaniya Rusiyanı seçkilər zamanı haker müdaxiləsində suçlayıb. Moskva bu iddiaları təkzib edir.
Birləşmiş Ştatların xüsusi xidmətləri Rusiyanın ABŞ-da ötən il keçirilmiş prezident seçkilərinə ehtimal olunan müdaxiləsini araşdırırlar. Yanvarda ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya prezidenti V.Putin seçki kampaniyasına təsir etmək və Trump-a kömək məqsədilə Demokratlar Partiyasına qarşı haker hücumları gerçəkləşdirmək tapşırığını verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun