Qubada sərnişin avtobusu aşıb - 10 nəfər xəsarət alıb

Qubada sərnişin avtobusu aşıb - 10 nəfər xəsarət alıb
13 Aprel 2017
Mətni dəyiş
Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.
Quba rayon Mərkəzi xəstəxanasından Trend-ə verilən məlumata gör ə,hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.
Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun