Qardaşına görə həbsdə saxlanılan məhbus

Qardaşına görə həbsdə saxlanılan məhbus
19 Aprel 2017
Mətni dəyiş
Üç azyaşlı uşaq atası olan Murad Ədilov 2014-cü ilin avqustunda 6 il azadlıqdan məhrum edilib. Onu narkotik maddə satışı ittihamı ilə tutublar.  
İlk dəfə saxlanılanda polisdə ona deyilib ki, qardaşın Natiq Ədilova de hakimiyyəti tənqid edən çıxış və yazılarını dayandırsın. Amma o bu tələblə razılaşmayıb. Elə narkotik ittihamı da bu tələbin rədd olunmasından sonra ona qarşı irəli sürülüb.
...ata yemək yeyib burdan gedərik....
Üç ilə yaxındır ki, hər gələn səs, hər yoldan keçən adam gözləri yolda qalan uşaqlara atalarını xatırladır. Bu ilki Novruz bayramında o körpələr atalarını görəcəklərinə, boynuna sarılacaqlarına çox ümidli idilər. Uşaqlardan birinin atasına yazdığı son məktubdakı bir cümlə üsyana bənzəyir. "Ata Novruz bayramında gələrsən, mən öz qoyunumu kəsəcəm, yemək yeyərik və burdan gedərik". Atasını bir də itirməmək, ondan ayrılmasını istəməmək üçün onu buralardan aparmaq istəyir balaca qızcığaz. Elə bir yerə aparmaq istəyir ki, bir daha yenidən ata həsrəti ilə yaşamasın...atasız səhərlərə oyanmasın...
Murad Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. O, CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə suçlanır. Murad Ədilov özünü təqsirli bilmir və həm özünün AXCP üzvü olması, həm də qardaşı Natiqin tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini bildirir. Murad Ədilov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
Natiq Ədilov kimdir? 
Murad Ədilovun qardaşıdır, AXCP mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı, həm də hökumətin sərt tənqid olunduğu "Azərbaycan saatı" televiziya proqramının müəlliflərindən biridir. Hazırda o, mühacirətdədir.
Natiq Ədilov (solda ayaq üstə), Murad Ədilov (solda oturan)
Murad Ədilov
Sağda oturan Murad Ədilovdur, indi 6 il azadlıqdan məhrum edilib. Ona deyiblər ki, solda oturan qardaşın Natiq Ədilov hakimiyyəti tənqidini dayandırsın səni buraxaq, o da deyib ortada xalq var mən qardaşıma necə deyim ki, sən ideyandan əl çək...
Azadlıq başqa bir nemətdir... Heç ağlına gəlməzdi ki, onu nə vaxtsa "narkobaron" kimi tutarlar
Kəndə fotoqraf gəlib...
Atalarını gözləyən bu uşaqlardır...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun