Obama çıxış etmək üçün 400 min dollar alacaq

Obama çıxış etmək üçün 400 min dollar alacaq
26 Aprel 2017
Mətni dəyiş
ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın, bir "Wall Street" şirkətinin keçirəcəyi konfransda çıxış etmək üçün 400 min dollar haqq alacağı bildirilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, ölkənin maliyyə mərkəzi kimi qəbul edilən "Wall Street"də fəaliyyət göstərən "Cantor Fitzgerald" adlı şirkətin, Obamanın edəcəyi çıxışı üçün keçmiş prezidentə 400 min dollar ödəyəcəyi qeyd olunub.
"Cantor Fitzgerald"  şirkətinin sentyabr ayında keçirəcəyi səhiyyə konfransında əsas məruzəçi olacaq Obamanın, konfransın günorta yeməyində danışacağı qeyd edilib.
Obama prezidentliyi zamanı, 2008-də başlayan maliyyə böhranı və ondan sonra baş verən iqtisadi durğunluqla bağlı "Wall Street" şirkətlərini günahkar göstərmiş və böhranın böyük ölçüdə bu şirkətlərin fəaliyyətindən qaynaqlandığını ifadə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun