Neft, ABŞ-da artan hasilat ilə ucuzlaşır

Neft, ABŞ-da artan hasilat ilə ucuzlaşır
27 Aprel 2017
Mətni dəyiş
Neft qiymətləri, investorların diqqətlərini ABŞ-da azalan neft ehtiyatları əvəzinə artan hasilata yönəltmələrilə əlaqədar olaraq düşüb. Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft hasilatı ardıcıl 10-uncu həftədə də artarkən, ehtiyatlar analitiklərin proqnozundan iki qat daha çox azalıb.
ABŞ-da istehsalın artması ilə yanaşı, Səudiyyə Ərəbistanı və Venesuelanın energetika nazirləri, hasilatın azaldılmasını müzakirə etmək üçün Rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır. OPEC üzvləri İyunda başa çatacaq müqaviləni uzatmağı düşünərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırır.
Analitiklər bildirirlər ki, ABŞ-da hasilatın artması neft qiymətləri üzərində təzyiq yaradır. Qərbi Texas nefti (WTI) Nymex birjasında 44 sent aşağı düşərək bareli 49.18 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 26 sent və ya 0.5 faiz düşərək bareli 51.56 dollara qədər enib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun