Misirdə fövqəladə vəziyyət elan edilib

Misirdə fövqəladə vəziyyət elan edilib
10 Aprel 2017
Mətni dəyiş
Misirdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib. Bunu ölkə prezidenti Əbdülfəttah əs-Sisi xalqa müraciətində bəyan edib. 
Bu barədə TASS agentliyi məlumat verir. Bundan əvvəl Misir hökuməti aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər ölüb. Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun