Mike Pence: "Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub"

Mike Pence: "Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub"
6 Aprel 2017
Mətni dəyiş
Rusiya və Suriya kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı pozub, rəsmi Moskva və Dəməşq üzərilərinə götürdükləri öhdəliklərə əməl etməyiblər.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Mike Pence “Fox News” telekanalına müsahibəsində bəyan edib.
“Bizə deyirdilər ki, kimyəvi silahların məhv edilməsinə dair razılaşma mövcuddur, artıq Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməyəcək. Lakin bu baş vermədi. Ötən gün İdlibdə baş verənlər dəhşətdir”, deyə M.Pence qeyd edib.
O həmçinin bildirib ki,  Obama administrasiyası Əsəd rejiminin zorakılığına müqavimət göstərməkdə aciz qalıb, eyni zamanda Rusiya və Suriyanı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edə bilməyib.
Ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 58 nəfər, o cümlədən  11 uşağın öldüyü  bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun