Mehriban Əliyeva: "Paytaxtımız oyunların açılışına hazırdır"

Mehriban Əliyeva: "Paytaxtımız oyunların açılışına hazırdır"
21 Aprel 2017
Mətni dəyiş
“Biz öhdəmizə götürdüyümüz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq. Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq”.
Bu gün, aprelin 21-i IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasındakı çıxışında komitənin sədri, birinci vitse-prezident Mehriban Əliyeva belə deyib.
AZƏRTAC-ın xəbərinə görə, o, vurğulayıb ki, Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur.
Birinci vitse-prezident deyib ki, Azərbaycan bütün dünyada idman məkanı kimi tanınır.
“Bu günə qədər oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb. Ümumiyyətlə, demək olar ki, şəhərimiz oyunların açılışına hazırdır”, – M.Əliyeva bildirib.
O, söyləyib ki, oyunlar zamanı nəqliyyat sisteminin koordinasiyası vacib məsələlərdəndir. Şəhər sakinlərinin rahat hərəkət etməsi təmin edilməlidir.
IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-nə kimi davam edəcək. 20 idman növü üzrə keçiriləcək yarışlara dünyanın 50-dən çox müsəlman ölkəsindən 3 minə yaxın idmançının qatılacağı gözlənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun