Livan ordusu İŞİD və Əl-Nusra təşkilatlarına qarşı hərbi əməliyyat keçirib

Livan ordusu İŞİD və Əl-Nusra təşkilatlarına qarşı hərbi əməliyyat keçirib
25 Aprel 2017
Mətni dəyiş
Livan ordusu Bekaa bölgəsində yerləşən Ras Baalbek və El-Kaa qəsəbələrinə hərbi əməliyyat təşkil edib.
Abzas.net xəbər verir ki, bölgədə olan İŞİD və Əl-Nusra üzvlərinə təşkil edilən əməliyyatlara vertolyotlar da qoşularkən, ən az 20 terroristin öldürüldüyü açıqlanıb.
Vertolyotların bölgədə uçuşlarını davam etdirdikləri və bölgəyə havan atışı da edildiyi qeyd edilib.
El Mayadin televiziyası, ordunun bölgədəki böyük bir İŞİD bazasını də məhv etdiyini bildirib.
Sərhədin Suriya tərəfində Hizbullah və Suriya ordusunun hərəkatı davam edərkən, Livan ordusunun da sərhədin Livan tərəfindəki terroristlərlə mübarizə apardığı ifadə edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun