Le Pen: "DQR Ermənistana birləşdirilməlidir"

Le Pen: "DQR Ermənistana birləşdirilməlidir"
21 Aprel 2017
Mətni dəyiş
Fransada prezidentiliyə namizəd Marin Le Pen qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistana birləşdirilməli olduğunu deyib.
Abzas.net xəbər verir ki, erməni mətbuatına müsahibə verən Le Pen bunu münaqişənin həlli üçün vacib olduğunu bildirib.
"Dağlıq Qarabağın müstəqil ölkə olmağındansa Ermənistana birləşdirilməsi daha məqsədəuyğundur. Fransa liderlik rolunu üstlənməli və Yaxın Şərqdə xristianların müdafiəsinə qalxmalıdır"- o deyib.
Qondarma erməni soyqırımına da toxunan Le Pen, prezident olacağı təqdirdə Fransanın ölənlərin xatirələrini əziz tutmağa davam edəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun