Le Pen-dən Zidane-a cavab: "Sərvətini qorumaq üçün Macrona-a səs verməlidir"

Le Pen-dən Zidane-a cavab: "Sərvətini qorumaq üçün Macrona-a səs verməlidir"
30 Aprel 2017
Mətni dəyiş
Fransada prezident seçkilərində Marine Le Pen-in qazanmaması üçün xalqa müraciət olan fransız baş məşqçi Zinəddin Zidane-a Le Pen-dən cavab gəlib.
Abzas.net xəbər verir ki, əfsanəvi futbol adamı Zidane, Fransada prezident seçkiləriylə əlaqədar danışaraq, "2002-ci ildəki kimi eyni tutumdayam. Le Pen-in fikirlərindən olduqca uzağam. Onun qarşısını almaq üçün əlimizdən gələni etməliyik", - deyə bildirmişdi.
Zidane-ın şərhlərinə Le Pen-dən cavab gəlib: "Qazancını düşünəndə Zidane-ın şərhlərinə təəccüblənmədim. Məncə, Zidane qabiliyyətləri sayəsində qazandığı sərvəti qorumaq üçün Macron-un seçimi qazanmasına maraq duyur".
Xatırladaq ki, Real Madrid klubunun çalışdırıcısı Zidane, 2002-ci il seçkilərində Marine Le Pen-in atası Jean-Marie Le Pen-ə qarşı olan rəftarının dəyişmədiyini ifadə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun