Komitə: "Pew'nın hesabatı qərəzli münasibətin və ayrı-seçkiliyin göstəricisidir"

Komitə: "Pew'nın hesabatı qərəzli münasibətin və ayrı-seçkiliyin göstəricisidir"
18 Aprel 2017
Mətni dəyiş
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Pew" Araşdırmalar Mərkəzinin hesabatında Azərbaycanın dini qadağaların ən çox olduğu ölkə kimi təqdim edilməsini "qərəzli münasibətin və ayrı-seçkiliyin göstəricisi" adlandırıb.
ABŞ-da mənzillənən Pew Araşdırma Mərkəzinin aprelin 13-də açıqlanmış 2015-ci il üçün "Din Üzərində Qlobal Məhdudiyyətlər" adlı hesabatında, Azərbaycan, dini etiqadların məhdudlaşdırılmasına görə "çox yüksək məhdudiyyətli" ölkələr arasına salınıb.
Hökumətin Məhdudiyyətləri İndeksində 23 ölkə arasında 16-cı yerdə duran Azərbaycan, İran, Rusiya, Türkiyə kimi qonşuları ilə eyni siyahını paylaşır.
Başqa bir indeksə (Sosial Ədavət İndeksi) görə isə Azərbaycan "orta" riskli ölkələr arasındadır.
Komitənin  məlumatında deyilir ki, hesabatdakı məlumatların "hansı mənbələrdən alındığı qeyri-müəyyən"dir.
"Bu həqiqətdən uzaq fikirləri birmənalı şəkildə rədd edərək bildiririk ki, həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də dini sahə ilə bağlı digər qanunvericilik bazası vətəndaşların vicdan azadlığının təmin edilməsi və qorunması prinsipləri üzərində qurulmuşdur.
Dövlətin din siyasəti də məhz bu qanunvericiliyi prioritet sayır, vətəndaşların əqidə seçiminə hörmətlə yanaşır, eyni zamanda bərabərhüquqlu şərait yaradır. Bu baxımdan Azərbaycanda etiqad azadlığını məhdudlaşdıran qanun və siyasətin mövcud olduğunu söyləmək absurd iddiadır", komitədən bildirilib.
Ümumilikdə Mərkəz 198 ölkə üzrə məlumatları tədqiq edib.
Dünya miqyasında dini qrupların hökumət mənbəli şiddət və ya məhdudiyyətlərə ən çox məruz qaldığı region Yaxın Şərq - Şimali Afrika olub. Bu regiondakı ölkələrin 95 faiizndə bu cür hallar qeydə alınıb.
Avropa 89 faizlə ikincidir. Pew bunu Avropaya miqrant artımı ilə əlaqələndirib və bildirib ki, Avropanın 45 ölkəsindən 33-də yəhudiləri, 32-də müsəlmanları, 21-də isə xristianları hədəf alan ictimai hadisələr baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun