"İTV cəmiyyətin maraqlarına xidmət etməli olsa da, 14 ildir biz bunu görmürük"

"İTV cəmiyyətin maraqlarına xidmət etməli olsa da, 14 ildir biz bunu görmürük"
23 Aprel 2017
Mətni dəyiş
İctimai Televiziyanın Yayım Şurasının iclasında Muxtar İmanov yekdilliklə şurasının yeni sədri seçilib. 
Abzas.net məsələ ilə bağlı media ekspertlərindən münasibət alıb. Telejurnalist Qulu Məhərrəmli bildirib ki, şəxslərin dəyişməyi İctimai Yayım Şurasının fəaliyyətində heçnəyi dəyişməyəcək.
"Bu nizamnaməyə tam uyğundur. Köhnə sədr gedir, yenisi gəlir. Yeni sədr Muxtar İmanov layiqli şəxsdir. Onun elmi dairələrdə nüfuzu var. Ancaq Yayım Şurasında şəxslərin dəyişməyi, Yayım Şurasının fəaliyyətinə təsir etmir. İctimai televizya ictimaiyyətin, cəmiyyətin maraqlarına xidmət etməli olsa da, 14 ildir ki, biz bunu görmürük".
[caption id="attachment_7308" align="alignnone" width="1200"] Foto: APA[/caption]
Q.Məhərrəmli açıqlamasında bildirib ki, İctimai Yayım Şurası onunçün öz funksiyasını yerinə yetirə bilməyən formal bir qurumdur. O, ümid edirik ki, Muxtar İmanov orda nəsə yenilik edə bilər.
Jurnalist, media eksperti Rövşən Hacıbəyli deyib ki, İctimai Televiziya yarandığı gündən hökumətin nəzarətindədir. Onun sözlərinə görə, İsmayıl Ömərovun zamanında nisbətən də olsa müstəqil olan kanal, daha sonra AZTV-nin bir qolu olub.
"Hakimiyyətin nəzarətində olan bir kanalın rəhbərliyinə kimin gətirilməsinin heç bir fərqi yoxdur. Orada ictimai televizya anlayışından söhbət gedə bilməz. Muxtar İmanovu tanıyıram. Çox yaxşı, layəqətli oğlandır. Amma onun edəcəyi bir şey yoxdur" - deyə R.Hacıbəyli bildirib.
Jurnalistin sözlərinə görə, İctimai Televiziya nə qədər ki, hakimiyyətin nəzarətindədir, fəaliyyətin bu şəkildə də davam etdirəcək.
"Əslində İctimai Televiziyanın sədri Arif Alişanovdur. Bütün nəzarətlər ondadır. Fikir verirsinizsə, AzTV-nin və İctimai Televiziyanın əməkdaşları üçün də ciddi fərqi yoxdur. Gah orda işləyirlər, gah da burda. Süjetlər də bəzən eyni olur bu kanallarda. Yəni, ümumilikdə ictimai televiziya dövlət televiziyasının rolun oynayır" - deyə Rövşən Hacıbəyli bildirib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.
62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun