İsrail həbsxanalarında saxlanılan fələstinlilər kütləvi aclıq aksiyası keçirirlər

İsrail həbsxanalarında saxlanılan fələstinlilər kütləvi aclıq aksiyası keçirirlər
17 Aprel 2017
Mətni dəyiş
İsrailin həbsxanalarında saxlanılan yüzlərlə fələstinli saxlanma şəraitlərinə etiraz kimi kütləvi aclıq aksiyasına başlayıb.
Aksiyanın təşkilatçısı və lideri Mərvan Bagrutidir. O, 5 qətlə görə İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
Bagruti Fələstin prezidenti Mahmud Abbasın Fatah hərəkatında mühüm bir şəxsdir və onun gələcəkdə cənab Abbasın davamçısı olmasının mümkün olduğu deyilir.
Aksiyanın Qərb Sahilində gərginliyi artırma ehtimalı narahatlıq yaradıb.
İsrailin penitensiar xidməti bildirir ki, 1.187 fələstinli məhbus aclıq aksiyasına hər il qeyd edilən Fələstinli Məhbus Günündə qoşulub.
Fələstinlilər İsrailin həbsxanalarında saxlanılması iki tərəf arasında gərginlik yaradır.
Fələstinlilər onları siyasi məhbus hesab edirlər. Onların çoxu İsrailə qarşı hücum və digər cinayətlərə görə məhkum ediliblər.
Digərləri "İnzibati Həbs" adlanan və şübhəlilərin iddiasız 6 ay müddətinə saxlanılmasına imkan yaradan qanun çərçivəsində həbs ediliblər.
Fələstinli məhbuslar qruplarının məlumatına əsasən, keçən ilin sonunda İsrail həbsxanalarında təxminən 7 min fələstinli cəza çəkirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun