İŞİD silahlıları "Taliban" liderlərindən birini öldürüb

İŞİD silahlıları "Taliban" liderlərindən birini öldürüb
30 Aprel 2017
Mətni dəyiş
İŞİD terrorçuları Əfqanıstanda "Taliban" hərəkatının liderlərindən birini öldürüb.
Bu barədə "Reuters" əfqan taliblərinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Pakistanın şimal-qərbindəki Peşavar şəhərində baş verib. "Taliban" hərəkatındakı mənbənin agentliyə verdiyi məlumata görə, öldürülən şəxs Maulvi Dauddur. O, şəhər ətrafında qruplaşmalar arasında baş vermiş silahlı qarşıdurmada məhv edilib.
Daudla yanaşı, daha 2 nəfər də öldürülüb.
"Taliban"ın nümayəndəsi Zabiullah Mücahid Daudun ölümünü təsdiqləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun