İŞİD “paytaxtı”nı Rəqqadan Deyr-ez-Zora köçürüb

İŞİD “paytaxtı”nı Rəqqadan Deyr-ez-Zora köçürüb
23 Aprel 2017
Mətni dəyiş
İŞİD terror qruplaşmasının rəhbərliyi “paytaxt”ın Rəqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib.
Bu barədə  “Fox news”a hərbi mənbələr bildirib.
Qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi  ilə əlaqədar qəbul edilib.
Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Rəqqa şəhərini tərk etməsini qeydə alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun