İŞİD-in Mosulda törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub

İŞİD-in Mosulda törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub
30 Aprel 2017
Mətni dəyiş
İŞİD terror qruplaşmasının silahlıları İraqda polis məntəqəsinə hücum edib.
Hadisə Mosulun qərbindəki Bab et-Tub yaşayış məntəqəsi ərazisində baş verib.
Belə ki, İŞİD üzvü olan 6 kamikadzenin törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.
İraq ordusunun zabiti Haris Kazım bildirib ki, terrorçular polisin iki binasını da ələ keçiriblər. Sonradan keçirilən hava əməliyyatı ilə binalar terrorçulardan geri alınıb. Döyüş zamanı həmçinin İŞİD-in 17 silahlısı məhv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun