İranda 1600 nəfər prezidentliyə namizəd olmaq istəyir

İranda 1600 nəfər prezidentliyə namizəd olmaq istəyir
17 Aprel 2017
Mətni dəyiş
İranda 1600 nəfər prezident seçkisində iştirak üçün sənədlərini verib. Rəsmi qeydiyyat müddəti aprelin 15-də bitib.
Müddətin bitməsindən az öncə Tehranın 55 yaşlı meri Mohammad Bagher Ghalibaf, həmçinin 60 yaşlı birinci vitse-prezident Eshagh Jahangiri sənədlərini təqdim ediblər.
Jahangiri prezident Hassan Rohani-nin müttəfiqidir. Ekspertlərin fikrincə, Rouhani-nin namizədliyi qeydə alınmazsa, Jahangiri potensial alternativ ola bilər.
Namizədləri Mühafizlər Şurası təsdiqləməlidir. Şura, adətən, ruhani isteblişmentinə təhdid kimi gördüyü şəxsləri qeydə almır.
Sənədlərini vermiş 1636 nəfərdən 137-si qadındır. İndiyədək Şura qadınları seçkiyə buraxmayıb.
Adətən, seçkiyə altı namizəd buraxılır.
Seçki kampaniyası aprelin 28-də başlanır, səsvermə mayın 19-da keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun