"İki siyasi məhbusun sağlamlığında ciddi problemlər var"

"İki siyasi məhbusun sağlamlığında ciddi problemlər var"
18 Aprel 2017
Mətni dəyiş
“Penitensiar Xidmətin Baş Tibb İdarəsi məhbusların müraciətinə cavab vermir”
Bu barədə hüquq müdafiəçisi Oktay Güləliyev sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, blogger Rəşad Ramazanovun və İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin səhətində ciddi problemlər var.
“Blogger Rəşad Ramazanovun səhhətində xeyli vaxtdır ki, problemlər var. O, daha çox mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir. Ailə üzvlərindən aldığımız məlumata görə, xeyli arıqlayıb və zəifləyib. Halsızlıq və güclü baş ağrıları var. Başqa bir ciddi problem də odur ki, ailənin imkansızlığı ucbatından aylarla onun yanına gedib-gələ bilmirlər. Rəşadın müalicəyə və dəstəyə ehtiyacı var” – deyə O.Güləliyev qeyd edib. Rəşad Ramazanov 2013-cü il, mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
“İslam partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin də durumu artıq xeyli vaxtdır ki, çox ağırdır. O həbsxanada olarkən infakt keçirib, ürəyinin arxa divarında 3 çat var, 2- ci qrup əlildir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ayaqlarına su yığılıb, sərbəst hərəkət edə bilmir. Çoxsaylı müraciətlərinə baxmayaraq müayinə və müalicə olunmur” – deyə O.Gülalıyev əlavə edib.
Onun sözlərinə görə, Ruhulla Axundzadənin oğulu Məhəmmədəli Axundzadə də atası kimi həbs həyatı yaşayır.
“Ədliyyə nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi unutmamalıdır ki, dustaqların səhhətinə və taleyinə görə məsuliyyət daşıyır” – deyə hüquq müdafiəçisi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun