İki bank birləşdi

İki bank birləşdi
18 Aprel 2017
Mətni dəyiş
"AtaBank" ASC və "Caspian Development Bank” ASC-nin ("CDB Bank") səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair  "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
Bildirilib ki,  "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
"AtaBank" və "CDB Bank" ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.
Bankların birləşməsi haqda qərarını "Facebook" səhifəsində şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:
“Bunun bir neçə səbəbi var, onlardan biri bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da, eyni sahibi olan bankların birləşməsi realdır”.
[caption id="attachment_1856" align="alignnone" width="1175"] Samir Əliyev[/caption]
Samir Əliyev "AtaBank" və "CDB Bank"ın birləşməsindən sonra bankların sayının 31 olacağını qeyd edib:
"Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 oldu. Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu, baş tutmasa, banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya "stimullaşdıracaq". Körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılmasi sonra isə digər banklara birləşmədirilməsi tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun