İcra Hakimiyyəti ən böyük dövlət bayrağının quraşdırılmasında Kiyevə yardım edəcək

İcra Hakimiyyəti ən böyük dövlət bayrağının quraşdırılmasında Kiyevə yardım edəcək
14 Aprel 2017
Mətni dəyiş
Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ilə görüşüb. Abzas.net-in məlumatına görə, bu barədə "Report" Kiyev Şəhər Dövlət Administrasiyasının rəsmi saytına istinadən bildirir verir.
"Bakıdan öyrənəcəyimiz çox şey var. Bizi xüsusilə köhnə şəhərin (İçərişəhər - red.) bərpa edilməsi, müasir infrastrukturların tikintisi təcrübəsi maraqlandırır. Şəhərdə binaların işıqlandırılması da məni heyrətləndirdi, bu iş çox gözəl yerinə yetirilib. Həmçinin Dövlət bayrağı meydanına da xüsusi marağım yarandı. Çoxdan Kiyevdə də belə böyük miqyaslı bayraq ucaltmaq istəyirəm. Artıq bu layihə üzərində işləyirik. Amma təcrübənizə və yardımınıza ehtiyacımız var", - V.Kliçko bildirib.
Görüşdə Bakı şəhərinin baş memarı da iştirak edib. Onun Kiyev administrasiyasının işıqlandırmağı düşündüyü binalara baxış keçirmək, ukraynalı mütəxəssislərlə binaların hansı formada işıqlandırılması və əsas dövlət bayrağının quraşdırılması üzrə məsləhətləşmələr aparmaq üçün Kiyevə gedəcəyinə dair razılıq əldə olunub.
"Eyni zamanda yaxın vaxtlarda Kiyevin baş memarını Bakıya göndərəcəyəm ki, o, şəhərdə işıqlandırma sisteminin, köhnə şəhərin və tam müasir memarlıq nümunələrinin necə göründüyünə baxsın", - V.Kliçko vurğulayıb.
O, əməkdaşlığa, dəstəyə, Kiyev və Ukraynaya yardım etməyə hazır olduğuna görə, Hacıbala Abutalıbova təşəkkür edib.
"Ukrayna və Azərbaycan arasında həmişə səmimi əlaqələr olub və biz bunu yüksək qiymətləndiririk. Əməkdaşlığımızı inkişaf etdirməyə, təcrübəmizi bölüşdürməyə hazırıq", - H.Abutalıbov qeyd edib.
Qeyd edək ki, V.Kliçko Bakıda Dövlət Bayrağı Meydanı və orada quraşdırılan Azərbaycanın ən böyük dövlət bayrağı ilə tanış olub. Həmçinin, Kiyev meri İçərişəhərdə gəzib, Bakının mərkəzindəki yeni göydələnlərə baxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun