Hüquq müdafiəçisi: "Rəşad Ramazanovun vəziyyəti çox ağırdır"

Hüquq müdafiəçisi: "Rəşad Ramazanovun vəziyyəti çox ağırdır"
24 Aprel 2017
Mətni dəyiş
Hüquq müdafiəçisi Oktay Gülaliyev "Rəşad Ramazanova dəstək" kampaniyası başladılması üçün çağrış edib.
Abzas.net-in xəbərinə görə, o bildirib ki, Rəşad Ramazanovun ciddi xəstəliyi var, ailəsi imkansızlıqdan ona baş çəkə bilmir.
"CM- nin 234.4.3- cü maddəsi ilə (narkotika) şərlənərək 9 il müddətə azadlıqdan məhrum edilmiş, AMEA-nın doktorantı, filosof, 10-a yaxın kitabın müəllifi, "Amnesty International" təşkilatı tərəfindən "vicdan məhbusu" elan olunmuş gənc fəal Rəşad Ramazanovla bağlı yaydığımız çağırış və onun anasının müsahibəsi geniş əks-səda yaradıb. Təşəkkür edirəm ki, ölkə daxilindən və xaricindən bir çox dostlar Rəşadın özünə və ailəsinə dəstək olurlar. Hazırda Rəşadın vəziyyəti çox ağırdır, xəstədir. Maddi durumu çətin olduğu üçün ailə üzvləri aylarla ona baş çəkmək üçün həbsxanaya gedə bilmirlər. Ötən 4 ildə həbsdə olan gənc bloggerin ailəsinə hər hansı ictimai dəstək olmayıb" - deyə O.Gülaliyev bildirib.
Oktay Gülalıyev saytımıza bildirib ki, Rəşad Ramazanova dəstək kampaniyası başladılmalıdır. Onun və ailəsinin buna ciddi şəkildə ehtiyacı var.
"Bu kampaniyalar onun ailəsinə adi bir zəngdən tutmuş, ziyarət, yardım, Rəşadın müayinə və müalicə olunmasına çalışmaq, onun işinə yenidən baxılması və s. formalarda ola bilər. Düşünürəm ki. biz Rəşadla bağlı bunların bir çoxunu edə bilərik və inşallah edəcəyik" - deyə Hüquq Müdafiəçisi Oktay Gülalıyev bildirib.
Rəşad Ramazanov artıq 4-cü ildir ki, həbsdədir. O, 2013-cü ildə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bloqerə qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb.
"Facebook” səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazan Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun