Hollande-dan Macron-a dəstək: "O, Fransanın dəyərlərini müdafiə edir"

Hollande-dan Macron-a dəstək: "O, Fransanın dəyərlərini müdafiə edir"
25 Aprel 2017
Mətni dəyiş
Fransada prezident seçkilərinin ilk turunda Macron 23.75 %, Le Pen isə 21.53 % səs toplaya bilmişdi.
BBC-nin xəbərinə görə, Hollande, seçkinin bir digər namizədi sağçı Marine Le Pen-in Avropadakı digər sağcılarla təmasda olduğunu vurğulayaraq, "Fransanın quruluşu, birlik və bərabərliyi, Avropa üzvlüyü və dünyadakı yeri söz mövzusudur", - deyə bildirib.
Hollande, Macron-a səs verəcəyini isə bu sözlərlə ifadə edib: "Mən öz adıma Emmanuel Macron-a səs verəcəm. Çünki bu anda Fransanın birlik olmasını təmin edən dəyərləri müdafiə edən adam odur".
İlk turda məğlub olan sabiq Baş nazir Fransua Fillon ilə sosialistlərin namizədi Benoit Hamon da Macron-a dəstək verəcəklərini elan etmişdi.
Qeyd edək ki, 39 yaşlı Macron 7 mayda keçiriləcək ikinci turda Le Pen-i məğlub edərsə, Fransa tarixinin ən gənc prezident olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun