Gürcüstandan Rusiyaya Krım etirazı

Gürcüstandan Rusiyaya Krım etirazı
22 Aprel 2017
Mətni dəyiş
Gürcüstan xarici işlər naziri Mikheil Janelidze Rusiyanın Krımı ilhaqını qınadıqlarını bildirib.
Gürcüstana 2 günlük rəsmi ziyarət üçün gələn Ukrayna xarici işlər naziri Pavlo Klimkin, Tiflisdə gürcü həmkarı Mixail Janelidze ilə bir araya gəlib.
Abzas.net xəbər verir ki, Xarici İşlər Nazirliyi binasında təşkil edilən Janelidze və Klimkin görüşü mətbuata qapalı baş tutub.
İkili görüşdən sonra Gürcüstan və Ukraynanın 25 illik diplomatik əlaqələri ilə əlaqədar bir memorandum imzalanıb.
İmza mərasimi sonrası təşkil edilən ortaq mətbuat konfransında danışan Gürcüstan xarici işlər naziri Janelidze, iki ölkə arasında çox yaxın iş birliyi və dostluq əlaqələrinin mövcud olduğunu ifadə edib.
Gürcüstan və Ukraynanın ərazi bütövlüyü baxımından oxşar problemləri yaşadıqlarını deyən Mikheil Janelidze, ikitərəfli görüşdə bu mövzunu da danışdıqlarını vurğulayıb.
Janelidze, Rusiyanın Krımı ilhaq etməsi mövzusunda isə, "Biz Krım Muxtar Cümhuriyyəti ilə Sevastopol şəhərinin işğal və ilhaq edilməsini, Rusiya Federasiyasının Ukraynanın şərqindəki təcavüzkar fəaliyyətləri ilə qeyri-qanuni hərəkətlərini şiddətlə qınayırıq", - deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun