Fuad Əhmədlinin məhkəməsi keçirildi - [Video]

Fuad Əhmədlinin məhkəməsi keçirildi - [Video]
25 Aprel 2017
Mətni dəyiş
Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin Gənclər Komitəsinin həbsdəki fəalı Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Abzas.net xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi, bu təmin olunmayacağı təqdirdə isə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Prosesin baxış iclası mayın 2-si saat 10:30-a təyin edilib.
[embed]https://youtu.be/SJkd3AU8kjY[/embed] [embed]https://youtu.be/sLwnN2jRWHI[/embed]
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azerfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fethullah Gülen-in çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Martın 6-da F.Əhmədli barəsində ittiham ağırlaşdırılıb: “Fuad Əhmədliyə əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Sonra ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirir”, – Ə.Mustafayev deyib.
Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə ona 8 ilədək həbs cəzası verilə bilər.
Müdafiə tərəfi ittihamları “əsassız” adlandırıb. AXCP isə bəyanat verərək, bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib.
Türkiyənin hakimiyyət orqanları Fethullah Güleni ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun